“O, futbolçumuzun qırmızı vərəqə alması üçün hər şeyi etdi” – Samir Abasov
“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:4 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Hər iki komandaya təşəkkür düşür. Oyunun sonuna qədər hesabın necə olacağını bilmirdik. Düşünürəm ki, maraqlı, gərgin oyun keçdi. Bu oyunların üzərində dayanmamalıyıq. Kubok oyunlarımız var.
- Əsəbləriniz sakitləşib?
- Həmişəki Samirəm.
- Oyunun sonunda Daboya və Eminə yaxınlaşdız…
- Daboya uğurlar arzuladım. Emin isə bu gün hər şey etdi ki, futbolçumuz qırmızı vərəqə alsın.
- Dabo olmasaydı, nəticə başqa cür ola bilərdi?
- Nəticə Dabo ilə bağlı deyildi. Standart vəziyyətdən qol buraxdıq. Hər vəziyyət bizim futbolçularımızla bağlıdı. Bilalı dəyişmək istəmirdik, 3 dəyişikliyi birdən etdik, onlar da oyunun sürətini artırdı.
- Son 2 turda komanda yaşxı oynasa da, məğlub olur. Bu nəticəyə layiq olduğunuzu düşünürsüz?
- “Sabah”la oyun istisna olmaqla, hər oyunu yaxşı oynamışdıq. Uduzduqsa, deməli, haqlı uduzduq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin