“Bayern”in futbolçusu Fransa millisini seçməsinin səbəbini açıqladı
“Bayern”in futbolçusu Maykl Olise milli komanda seçimindən danışıb.
Komanda.az “säbener51”-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunun təbii qərar olduğunu söyləyib:
“Bu, təbii qərar idi. Mən həmişə hiss etmişəm ki, Fransa millisində oynamaq istəyirəm. Bundan başqa, “Kristal Palas”da Fransada çox şeylər qazanmış Patrik Vieyra ilə işləmişəm, gənclərdən ibarət komandanın baş məşqçisi Tyerri Anri ilə də yaxşı münasibətim olub. Bütün bunlar mənim niyyətlərimi gücləndirdi. Baxmayaraq ki, düzünü desəm, mən həmişə buna əmin idim”.
23 yaşlı futbolçu Londonda anadan olub və Münhen klubuna keçənə qədər İngiltərə komandalarında çıxış edib. O, İngiltərəni beynəlxalq arenada təmsil etməsinə baxmayaraq, sentyabrda Fransanın əsas millisində debütünü gerçəkləşdirib.
Bizi Facebook-da izləyin