“O, dünya səviyyəli oyunçudur, onunla oynamaq istərdim” – “Çelsi”nin müdafiəçisi
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva London klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra “Roma”nın hücumçusu Paulo Dibala ilə danışıb.
Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, Silva, argentinalı futbolçu ilə eyni komandada forma geyinmək istədiyini deyib:
“Mən Paulo Dibalanı gördüm. Mətbuat onun “Çelsi”yə keçməsindən danışır. Onunla danışdım, gəlib-gəlməyəcəyini soruşdum. O, dünya səviyyəli oyunçudur, onunla oynamaq istərdim. Güclü transfer olardı. Baxaq, görək necə olacaq”.
Futbolçunun özü daha əvvəl “Roma”dan ayrılmaq fikrində olmadığını bildirmişdi.
Dibala ötən yaydan “Roma”dadır. O, 2022/23 mövsümündə romalıların heyətində 38 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin