
A Seriyasının debütantı Rumıniya klubundan futbolçu transfer etdi
“Kalyari” Rumıniyanın ÇFR klubunun qapıçısı Simone Skuffeti transfer edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu ilə 2026-cı ilin ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Skuffet 2022/23 mövsümündə ÇFR-in heyətində 49 oyuna çıxıb, 46 qol buraxıb, 19 dəfə qapısını toxunulmaz saxlayıb.
Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi Çexiyanın “Sparta” klubundan yarımmüdafiəçi Jakub Janktonu da transfer edib.
“Kalyari” 2023/24 mövsümündən etibarən İtaliya A Seriyasında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin