
“Çelsi”nin daha bir futbolçusu “Qarabağ”la matçı buraxacaq
“Çelsi”nin müdafiəçisi Benua Badyaşil ən azı dekabra qədər komandaya kömək edə bilməyəcək.
Komanda.az xəbər verir ki bu, bu barədə londonluların baş məşqçisi Enzo Mareska məlumat verib:
“Benua Badyaşil dekabra qədər oynamayacaq. Onun əzələ problemləri var”.
24 yaşlı fransalı müdafiəçi mövsümün əvvəlində əzələ zədəsi səbəbindən meydana çıxa bilməmişdi. O, qayıtdıqdan sonra üç oyunda iştirak edib və ümumilikdə 147 dəqiqə oynayıb.
“Çelsi” sabah İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.
Mareska daha əvvəl yarımmüdafiəçi Koul Palmer haqqında da uzun müddət oynamayacağı xəbərini vermişdi. Onun komandası noyabrın 5-də, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq.
Bizi Facebook-da izləyin



