PSJ Qətər klubu ilə anlaşmağa yaxındır

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti tezliklə Qətərin “Əl-Ərəbi” klubuna keçəcək.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, tərəflər 30 yaşlı futbolçunun keçidi ilə bağlı anlaşmağa yaxındırlar. PSJ italiyalı futbolçunun transferindən 45 milyon avro və bonuslar qazanacaq.

Verratti 2012-ci ildən paytaxt klubunda forma geyinir. O, cari mövsümdə Liqa 1 klubunda heç bir oyuna çıxmayıb.

Yay transfer pəncərəsində Serxio Ramos, Lionel Messi kimi futbolçular PSJ-ni tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button