O da PSJ-dən gedir
PSJ-nin baş məşqçisi Kristof Qalte 2022/23 mövsümünün sonunda vəzifəsindən istefa verəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
56 yaşlı mütəxəssisin Paris klubu ilə müqaviləsinin sona çatmasına 1 il qalıb. O, ötən ilin yayından paytaxt təmsilçisini çalışdırır.
PSJ Qaltenin rəhbərliyi altında Fransa çempionu olub. Eyni zamanda, onlar Çempionlar Liqasının və ölkə kubokunun 1/4 finalına qədər mübarizə aparıblar.
Xatırladaq ki, Fransa klubu öncədən müdafiəçi Serxio Ramosla vidalaşdığını elan etmişdi.
Paris klubu bu gün, saat 23:00-da Liqa 1-in sonuncu turunda “Klermon”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin