Serxio Ramos da okeanın o tayına gedir
PSJ-nin sabiq müdafiəçisi Serxio Ramosun karyerasını MLS-də davam etdirmək ehtimalı var.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Corco Kyellini və Karlos Velanın da çıxış etdiyi “Los-Anceles”ə keçə bilər.
İspaniyalı oyunçu Paris klubunun heyətində 2 il ərzində 58 oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib. O, 2005-2021-ci illərdə “Real”da da çıxış edib.
Xatırladaq ki, Lionel Messi və Serxio Buskets də karyeralarını ABŞ-da davam etdirirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin