Ərəblər Bernardo Silvaya da tamah salıb!
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubu tərk edə bilər.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı portuqaliyalı karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirməyə yaxındır.
Futbolçu ilə PSJ-nin də maraqlandığı bildirilirdi.
Öncədən almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın da MS-dən ayrıldığı və “Barselona”ya keçdiyi deyilirdi.
Silva 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 55 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin