O da “Mançester Siti”dən gedir
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Bayern”ə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu Münhen klubuna keçməyə razılıq verib.
Uolker Bundesliqa təmsilçisinə keçsə, onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir. Sözləşmənin müddəti uzadıla bilər.
İngiltərə millisinin üzvü ötən mövsüm “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, 2017-ci ildən Mançester təmsilçisində forma geyinir.
Xatırladaq ki, öncədən almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan da “Mançester Siti”ni tərk edərək, İspaniyanın “Barselona” klubuna keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin