
O da “Lester”i tərk edə bilər
“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” belçikalı futbolçu üçün danışıqlara başlayıb.
Tilemans 2022/23 mövsümündə “tülkülər”in heyətində 37 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.
Öncədən türkiyəli müdafiəçi Çağlar Söyüncünün İspaniya təmsilçisi “Atletiko” ilə razılığa gəldiyi bildirilirdi.
Xatırladaq ki, “Lester” 2022/23 mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin