“Kompani və “Bayern” bir-birinə yaxşı uyğun gəlir” – Sabiq futbolçu

“Bayern”in keçmiş müdafiəçisi Filip Lam münhenlilərin Vensan Kompanini komandaya baş məşqçi təyin etməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq oyunçu, Kompani və “Bayern”in bir-birinə yaxşı uyğun gəldiyini bildirib:

“Kompani və “Bayern” bir-birinə yaxşı uyğun gəlir. O, oyunçuların hörmət etdiyi bir xarakterə malikdir”.

“Bayern” hazırda Bundesliqanın turnir cədvəlində Leverkuzen “Bayer”ini 11 xal qabaqlayaraq, 1-ci pillədə qərarlaşıb. Münhenlilər dünən səfərdə “Ştutqart”ı 3:1 hesabı ilə məğlub edib.

Kompani ötən yay “Bayern”in baş məşqçi postuna keçib. O, əvvəllər İngiltərənin “Bernli” komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button