O da ərəblərə “yox” dedi

“Lill”in futbolçusu Conatan David Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın illik 12 milyon avroluq təklifini geri çevirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hücumçunun karyerasını Avropada davam etdirmək istəməsi olub. Lakin ərəblər Davidi transfer etməyə çalışacaq.

Kanadalı futbolçu 2022/23 mövsümündə Fransa çempionatında 37 oyuna çıxıb, 24 qol vurub. Onun Liqa 1 təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Öncədən futbolçulardan Lionel Messi, baş məşqçilərdən isə Joze Mourinyo Səudiyyə Ərəbistanına getməkdən imtina etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button