Firmino da Səudiyyə Ərəbistanına gedir

Braziliyalı hücumçu Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ölkənin “Əl-Əhli” klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

İyulun 1-də forvardın “Liverpul”la sözləşməsi başa çatacaq. Nəticədə, Firmino azad agent kimi “Əl-Əhli”nin oyunçusu olacaq.

“Sambaçı” 2022/23 mövsümündə Mersisayd təmsilçisinin heyətində 35 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button