“Vinisiusun hələ də çox şeyi yoxdur” – Vidal

Çilili yarımmüdafiəçi Arturo Vidal “Real”ın futbolçuları Vinisius Junior və Çud Bellingem arasında müqayisə aparıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, Vidal “Real”ın ən yaxşısının Bellingem olduğunu bildirib:

“Bir çox insanlar Vinisiusun ən yaxşı olduğunu düşünür, amma mən belə hesab etmirəm. Onun hələ də çox şeyi yoxdur. Bellingemi daha çox bəyənirəm, komandanın oyunu ondan asılıdır. O, çox qol vurur, bu baxımdan bir qədər mənə bənzəyir. O, “Real”ın ən yaxşısıdır”.

“Real” ötən mövsüm Vinisius və Bellingemin köməyi ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button