Keçmiş futbolçusu “Turan Tovuz”un çalışdırıcısı haqda: “Karyeramdakı ən yaxşı məşqçidir”

İsrail millisinin sabiq futbolçusu Bibras Natxo türkmənistanlı məşqçi Kurban Berdıyev haqda danışıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, jurnalistin “Berdıyev yüz yaşına qədər məşqçilik edə bilərmi” sualına cavab verib:

“Bəli. Berdıyev özünü tamamilə futbola həsr edib. Həftənin 7 günü, 24 saat bununla məşğul olur. O, ən xırda detallara fikir verir. Ona görə də, əminliklə deyə bilərəm ki, o, karyeramdakı ən yaxşı məşqçidir. Ona ən yaxşısını arzulayıram!”

Berdıyev əvvəllər Rusiyada “Rubin, “Rostov” kimi komandaları çalışdırıb. O, bir neçə həftə əvvəl “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button