“O, bizim üçün inanılmaz dərəcədə vacib oyunçudur” – Klub rəsmisi

“Borussiya”nın (Dortmund) idman direktoru Sebastyan Kel Çud Bellingem haqda danışıb.

Komanda.az RNBVB-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunu Dortmund təmsilçisi üçün vacib oyunçu hesab edir:

“Səbirli olmalıyıq. Heç bir yeni dəyişiklik yoxdur. Bellingemi mümkün qədər uzun müddət “Borussiya”da saxlamağa çalışacağıq. Çünki o, bizim üçün inanılmaz dərəcədə vacib oyunçudur”.

Öncədən 19 yaşlı oyunçunun “Liverpul”a gedəcəyi bildirilirdi. Onunla “Real” da maraqlanır.

Bellingem cari mövsümdə Bundesliqa klubunun heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button