
“Bayern”in prezidenti: “Qərar vermək Kimmixdən asılıdır”
“Bayern”in prezidenti Herbert Hayner yarımmüdafiəçi Coşua Kimmixin klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, klub rəhbəri, Kimmixin kuboklar üçün mübarizə apara biləcəyi komandada oynamaq istədiyini deyib:
“Təbii ki, Kimmix kuboklar üçün mübarizə apara biləcəyi komandada oynamaq istəyir. İndi biz Manuel Noyer, Camal Musiala və Alfonso Deyvislə müqavilələri uzatdıq, həmçinin, gələcək üçün Yonas Urbiq və Tom Bişof adlı gəncləri dəvət etdik.
Kimmix “Bayern”in həmişə ən yüksək hədəflərə çatmağa çalışdığını görür. Şübhəsiz ki, son bir neçə ay ərzindəki fəaliyyətimiz ona müsbət siqnal verəcək. Mən ehtiyatlı optimist olaraq qalıram. Qərar vermək Coşuadan asılıdır. Ancaq o, “Bayern”də hər kəsin nəyə sahib olduğunu bilir”.
Bu yaxınlarda 30 yaşını qeyd edən almaniyalı futbolçu növbəti mövsüm Münhen komandasında oynayıb-oynamayacağına hələ də qərar verməyib. Hazırkı müqavilə iyulda başa çatacaq.
Bizi Facebook-da izləyin