“Onun uyğun klub tapmaması yaxşı xəbər olardı”
Fransanın “Lion” klubu yarımmüdafiəçisi Nabil Fekirlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayır.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, bir neçə klubun maraq dairəsində olmasına baxmayaraq, rəsmi təklif almayan futbolçu, “Lion”la yeni müqavilə üçün danışıqlara başlayacaq. Klubun prezidenti Jan-Mişel Olas, 25 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağa çalışacaqlarını bildirib:
“Onun uyğun klub tapmaması yaxşı xəbər olardı, çünki biz onunla yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacağıq. O, ayrılmaq istədiyini bildirib, amma böyük ehtimalla komandada qalacaq və onunla müqavilənin müddətini uzatmağa çalışacağıq”.
“Lion”la 2020-ci ilədək müqaviləsi olan fransalı futbolçu, son mövsümdə iştirak etdiyi 39 oyunda 12 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin