O, artıq “toxunulmaz” deyil
“Bayern” artıq yarımmüdafiəçisi Josua Kimmixi toxunulmaz hesab etmir və onu sata bilər.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Münhen klubu artıq Kimmixi heç bir halda satılmayacaq futbolçu hesab etmir. O, “toxunulmaz” futbolçu statusunu itirib.
Bundesliqa təmsilçisi yarımmüdafiəçi üçün böyük təklif alarsa, o zaman klub rəhbərliyi ən azı danışıqlara hazır olacaq.
Məlumatda qeyd olunur ki, 28 yaşlı alman oyunçu “Bayern”dən ayrılmaq fikrində deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin