“Bu, bizim üçün yaxşı transferdir” – Valverde
Joan Qamper kuboku çərçivəsində “Arsenal”a 2:1 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yeni transferlər Frenki de Yonq və Antuan Qrizmannın vəziyyəti haqqında danışan 55 yaşlı mütəxəssis, yenidən La Liqada qalib gəlmək istədiyini bildirib:
“Qrizmann hər iki mövqedə çıxış edə bilər. O, “Arsenal”la matçda xüsusi rol oynadı. Hücumun istənilən xəttində oynaya bilir, bu, üstünlükdür. De Yonq isə hər zaman daha yaxşı olmaq istəyən bir futbolçudur. O, çox tələbkardır, hər zaman topa sahib olmaq istəyir və çətin vəziyyətdə özünü itirmir, müdafiəçi kimi və yarımmüdafiənin mərkəzində oynaya bilir. O, oyunumuzu sürətləndirməyə imkan verəcək. Bu, bizim üçün yaxşı transferdir.
Titul istəyiriksə, bütün matçlarda qalib gəlmək üçün mübarizə aparmalıyıq. Keçən mövsüm olduğu kimi, apreldə La Liqada qalib olmağımızı qeyd etmək istərdim”.
Bizi Facebook-da izləyin