“O anları yaddaşımdan silmək üçün hər şey edərdim” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın hücumçusu Duşan Tadiç Niderland klubunun keçən mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, serbiyalı futbolçu, yarımfinal mərhələsində “Tottenhem” səddini keçsəydilər, turnirin qalibi ola biləcəklərini bildirib:

“Keçən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsində “Tottenhem”lə qarşılaşdıq. Səfər oyununda 1:0 hesabı ilə qalib gəldik, amma evdə 2:3 hesabı ilə məğlub olduq. O anları yaddaşımdan silmək üçün hər şey edərdim. Bunları unuda bilmirəm. Hələ də yarımfinalda necə uduzduğumuza cavab tapmağa çalışıram.

“Ayaks” “Tottenhem” səddini keçsəydi, mayda Madriddə “Liverpul”u məğlub edəcəkdi. Komandamız finalda “Tottenhem” kimi pis oyun göstərməz, “Liverpul” da bundan ilhamlanmazdı. “Ayaks” futbolçuları “Liverpul”un belə gücdə olan komandaya qarşı kifayət qədər müdafiə olunmayacağına inanırdılar”.

Keçən mövsüm finalda “Liverpul” və “Tottenhem” komandaları qarşılaşmış, Mersisayd klubu 2:0 hesabı ilə qalib gələrək, turnirin qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button