“O əclaflar bizə qol vura bilməyən Torresi satdılar” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta komandanın hücumçusu Ferran Torresi tənqid edib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, Torresi “Barselona”ya satdığı üçün “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın ünvanına sərt ifadə işlədib:
“Mən Pep Qvardiola və Çiki Beqiristaynı (“Mançester Siti”nin idman direktoru) bəyənirəm, amma o əclaflar bizə qol vura bilməyən Ferran Torresi satdılar”.
Torres 2022-ci ilin yanvarında “Mançester Siti”dən “Barselona”ya keçib. O, ötən mövsüm kataloniyalıların heyətində 25 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin