“Nəticəni qəbullanmaq çətindir” – Terziç
“Borussiya”nın (Dortmund) baş məşqçisi Edin Terziç UEFA Çempionlar Liqasının 1/8 finalının “Çelsi” ilə matçını (0:2) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məyus olduqlarını dilə gətirib:
“Nəticəni qəbullanmaq çətindir. Çox məyusuq. Hər iki oyun çox gərgin keçdi. Fasilədən sonra üstünlük qazandıq və çoxlu qol imkanları yaratdıq. Lakin bu, kifayət etmədi”.
İki oyunun nəticəsinə əsasən, Bundesliqa təmsilçisi “zadəganlar”a 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin