“Braziliya xalqı Vinisiusa haqsızlıq edildiyini hiss etdi” – Millinin baş məşqçisi
Braziliya millisinin baş məşqçisi Dorival Junior “qızıl top”a səsvermənin nəticələrini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı mütəxəssis nəticələri ədalətsiz hesab etdiyini bildirib:
“Hesab edirəm ki, nəticələr ədalətsizdir, çünki bu, fərdi mükafatdır. Mən Rodri Hernandesə qarşı deyiləm, o, ən yaxşı ispaniyalı oyunçulardan biridir. Lakin Vinisius Juniorun işinə xüsusi diqqət yetirilməli idi. Braziliya xalqı ona haqsızlıq edildiyini hiss etdi. O, bu mükafata layiq idi”.
“Qızıl top”un qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri olub. “Real”ın hücumçusu Vinisius isə ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin