
Nəsirlinin komandasını 1/4 finala buraxmadılar
Latviya kubokunda 1/8 finalın oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Auda” ilə qarşılaşıb və 1:4 hesabıyla uduzaraq mübarizəni dayandırıb.
Ramin də bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin