
Nəsirlidən məhsuldar ötürmə, komandasından inamlı qələbə
Latviya çempionatında 31-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Metta” ilə qarşılaşıb və 4:2 hesablı qələbəyə sevinib.
Ramin də bu görüşün iştirakçısı olub. Fasilədən dərhal sonra meydana çıxan futbolçumuz 90+6-cı dəqiqədə məhsuldar ötürmə müəllifi də olub.
“Dauqavpils” hazırda 32 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin