Nəriman Abbasovdan UFC-də uğursuz debüt
Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.
Döyüş Bonfimin (30:27, 30:27, 29:28) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət – red) olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin