Nərgiz İsmayılovaya növbəti etimad

Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

Komanda.az xəbər verir ki, həmyerlimiz qadınlar arasında keçirilən Çempionlar Liqasının 3-cü mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “ZOK UB” (Serbiya) komandalarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Noyabrın 4-də Yunanıstanın paytaxtı Afina şəhərində təşkil olunacaq matçın hakimləri almaniyalı Vitter Sabine və israilli Qoren Roydur.

Qeyd edək ki, “Olimpiakos” – “ZOK UB” komandalarının ilk qarşılaşmasında serblər 3:2 hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button