“Nələr çəkdiyimizi Allah bilir” – Samir Abasov
“Neftçi”in baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Oyun kənardan rahat görsənə bilər, amma nələr çəkdiyimizi Allah bilir. Qol vurmadıqca futbolçularda tələskənlik görünürdü. Bundan əlavə bizdə də həyəcan artırdı. Futboçular qələbə istəyini saxladılar. Təmkini saxlamaq və panikaya düşməmək vacibdir. Futbolçular bunu göstərdi. Onları təbrik edirəm. Heç bir oyunçunu xüsusi qeyd etmək istəməzdim. Onları anlayıram. Bəziləri uyğunlaşma dövrü keçirlər. Əsas odur ki, məşqlərdə və oyunlarda özlərini göstərməyə çalışırlar, istəklidirlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin