Nəbiyevli “Viktoriya”dan əzmkar qələbə

Futbol üzrə Çexiya 2-ci divizionunda 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 62-ci dəqiqədə əvəzlənib.

22 turdan sonra 33 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button