
Nəbiyevli “Viktoriya” yenə məğlub oldu
Futbol üzrə Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin