Nəbiyevli “Viktoriya” səfərdən xalsız döndü
Futbol üzrə Çexiya 2-ci divizionunda 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Prosteyov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 36-cı dəqiqədə meydana buraxılıb.
“Viktoriya” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin