Nəbiyev oynamadı, komandası səfər qələbə ilə döndü

Futbol üzrə Çexiya 2-ci divizionunda 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Vışeqrad”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

14 turdan sonra 22 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button