“Mən az qala dəli olurdum” – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Niko Paz Çempionlar Liqasında Madrid klubunun heyətində debüt qolunu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu az qala dəli olacağını deyib:
“Bu, mənim arzumdur! Nə etdiyimi bilmirdim. Sadəcə qapıya vurdum və top tora düşdü. Mən az qala dəli olurdum. “Real” akademiyası dünyanın ən yaxşısı olmasa da, ən yaxşılarından biridir”.
“Kral klubu” Çempionlar Liqasının 5-ci turunda “Napoli”yə 4:2 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin