“Açığı, nə edəcəyimi bilmirəm”
“Mançester Yunayted”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq Nemanya Matiç gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la yollarını ayıracağı deyilən 31 yaşlı yarımmüdafiəçi, bunları deyib:
“Açığı, nə edəcəyimi bilmirəm. Rəhbərliklə danışdım, klubdakı son günümə qədər əlimdən gələni etməyə çalışacam və peşəkar davranacam. Futbolda nə vaxt nə olacağını bilmirsən. Ailəm də, mən də burda xoşbəxtik. Növbəti addımımızın nə olacağı, qalab-qalmayacağımı yaxın zamanda görəcəyik. Nə qərar verəcəyimizdən asılı olmayaraq, bunun hamı üçün yaxşı olacağına əminəm”.
Serbiyalı futbolçuyla “Milan”, “İnter” və “Atletiko” kimi klubların maraqlandığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin