
“Nyukasl”ın yeni transferi sıradan çıxıb
“Nyukasl”ın hücumçusu Yohan Vissa dizindən zədə alıb və xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, forvard Konqo millisində dizindən zədə aldığı üçün yaxın 4-6 həftə ərzində İngiltərə klubuna kömək edə bilməyəcək.
Vissa yay transfer pəncərəsinin son günündə “Brentford”dan 60 milyon avroya “Nyukasl”a keçib. Onun yeni komandasında debüt etməyə vaxtı belə, olmayıb.
“Nyukasl” sentyabrın 18-də Çempionlar Liqasının ilk turu çərçivəsində doğma meydanda “Barselona”nı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



