
“Nyukasl”ın yeni baş məşqçisi məlum oldu – Rəsmi
İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Stiv Bryusla razılıq əldə edib. 58 yaşlı mütəxəssis klubla 3 illik müqavilə imzalayıb.
“Nyukasl” mövsüm bitdikdən sonra Rafel Beniteslə yollarını ayırmışdı.
Bryus indiyədək “Kristal Pelas”, “Sanderlend”, “Hall Siti”,” “Aston Villa” kimi komandaları çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin