
“Nyukasl” qapıçısını itirib – 4-5 ay oynamayacaq
“Nyukasl”ın qapıçısı Nik Pop sıradan çıxıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ingilis qolkiper “Mançester Yunayted”lə matçda (1:0) çiynindən aldığı zədə səbəbindən 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq. İngiltərə klubunun yeni qapıçı axtarışına çıxması ehtimalı var.
“Nyukasl” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir. Komanda 14 matçda 26 xal toplayıb. “Mançester Yunayted” 24 xalla 7-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin