İsakı qəzəbləndiriblər

“Nyukasl”ın hücumçusu Aleksander İsak klubun onu buraxmamaq qərarına görə hiddətlənib.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

25 yaşlı forvard “Liverpul”a keçmək arzusundadır. Bir müddət əvvəl Mersisayd təmsilçisinin İsak üçün 110 milyon funt sterlinq təklif göndərdiyi, ancaq “Nyukasl”ın bunu rədd etdiyi bildirilmişdi.

İsveçli futbolçu daha əvvəl komandanın düşərgəsini icazəsiz tərk etdiyi və klubunu dəyişmək istəyi səbəbindən məşqlərdən uzaqlaşdırılmışdı.

İsakın “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarınadək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button