
“Nyukasl”ın kapitanı Səudiyyə Ərəbistanı klubuna keçə bilər
“Nyukasl”ın müdafiəçisi və kapitanı Camal Lassels klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun hədəfindədir.
Lassels 2014-cü ildən “Nyukasl”da çıxış edir. O, İngiltərə təmsilçisinin heyətində 225 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin