“Nyukasl” yeni transferə 100 milyon avrodan çox ödəməyə hazırdır

“Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudus “Nyukasl”ın maraq dairəsinə düşüb.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu üçün 90 milyon funt-sterlinq (108 milyon avro) ödəməyə hazırdır. Ancaq belə bir razılaşmanı həyata keçirməyə görə “Nyukasl” maliyyə feyr-pleyini pozmamaq üçün bəzi oyunçularını satmalıdır.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button