“Nyukasl”ın futbolçusu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb
“Nyukasl”ın yarımmüdafiəçisi Migel Almiron karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Komanda.az yerli mətbuta istinadən xəbər verir ki, paraqvaylı futbolçunun “Əl-Şabab”a keçəcəyi gözlənilir.
29 yaşlı vingerin transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.
“Nyukasl” Migel Almironu 2019-cu ilin yanvar ayında ABŞ-ın “Atlanta” klubundan transfer edib. Paraqvay millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin