“İsak bir gün belə olmadı ki, burada bədbəxt görünsün”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou Aleksander İsakın bu yay “Liverpul”a keçidi barədə danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, İsakla komandada həmişə yaxşı münasibətlərinin olduğunu bildirib:

“İsakla münasibətlərimiz həmişə əla olub. Onunla işləməyi sevdim və ümid edirəm ki, o da bizimlə işləməkdən zövq alırdı. Bu, qarşılıqlı faydalı idi – biz ona bu gün olduğu oyunçuya çevrilməsində kömək etdik, o da komandamıza dəstək oldu”.

“Sağsağanlar”ın baş məşqçisi əlavə edib ki, isveçli futbolçunun komandanın məşqlərini boykot elan etdiyi andan münasibətləri dəyişib:

“O an bizim münasibətlərimiz üçün dönüş nöqtəsi oldu. Mən deyərdim ki, o, burada xoşbəxt idi. Problem, bəlkə, digər klubun gəlişi və onun düşüncələrinin dəyişməsi oldu. Amma bir gün belə olmadı ki, İsak burada bədbəxt görünsün”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button