
Baş məşqçidən adı “Liverpul”la hallanan futbolçu haqda açıqlama
“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın hücumçusu Aleksander İsakın gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, isveçli futbolçunun “sağsağanalar”la müqaviləsinin qüvvədə olduğunu vurğulayıb:
“O, hələ də bizim oyunçumuzdur və bizimlə müqaviləsi var. Biz İsakın gələcək taleyinə müəyyən qədər nəzarət edirik. Onun komandada qalmasını və növbəti mövsümdə yenidən meydanda olmasını istəyirəm”.
Mütəxəssis əlavə edib ki, “Nyukasl” komandanın əsas hücumçusunu 150 milyon funt sterlinqdən az qiymətə satmağı düşünmür.
Hazırda 26 yaşlı forvard bud nahiyəsindən aldığı zədənin bərpa prosesindədir və qarşıdakı yoxlama oyunlarında “Nyukasl”a kömək edə bilməyəcək.
İsak həm “Liverpul”un, həm də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun transfer siyahısındadır.
Bizi Facebook-da izləyin