
“Nyukasl”ın baş məşqçisi xəstəxanaya yerləşdirilib
“Nyukasl”ın baş məşqçisi Eddi Hou soyuqdəymə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İngiltərəli mütəxəssis xəstəlik səbəbindən “Mançester Yunayted”lə matçı buraxıb və “sağsağanlar”ın Premyer Liqada növbəti iki oyununu da buraxacaq.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Hou mövsümün qalan hissəsində işləyə bilməyəcəyi təqdirdə, “Nyukasl” planlar hazırlayır.
Premyer Liqada mövsümün başa çatmasına altı tur qalıb. “Nyukasl” hazırda İngiltərə çempionatının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda mart ayında İngiltərə Liqa kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin