“Nyukasl” yeni mövsüm üçün baş məşqçisini seçib

“Nyukasl”ın baş məşqçisi Eddi Hou mövsümün sonuna qədər vəzifəsini qoruyacaq.

Komanda.az “Indykaila News”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi Hou ilə mövsümü tamamlayacaq, ancaq gələcəkdə onun yerinə “Bornmut”un çalışdırıcısı Andoni İraolanı gətirməyi düşünür. 43 yaşlı ispan məşqçi Premyer Liqada ən yüksək maaş alan mütəxəssislərdən biri ola bilər.

Hou “Nyukasl”ı 2021-ci ildən çalışdırır. Onun komandası 11 turdan sonra Premyer Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb və 12 xal toplayıb.

“Nyukasl” noyabrın 22-də, evdə “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button