
“Nyukasl”dan “Milan”a 50 milyon avroluq təklif
“Milan”ın yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl”a keçə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Premyer Liqa klubu 23 yaşlı futbolçu üçün Milan təmsilçisinə 50 milyon avro təklif edib.
İtaliyalı futbolçu ilə “Çelsi” də maraqlanır.
Tonali 2022/23 mövsümündə “Milan”ın heyətində 48 oyuna çıxıb, iki qol vurub və on məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin