“Nyukasl”dan Kariusla yeni müqavilə

Mövsümün əvvəlində “Liverpul”dan azad agent kimi ayrılan Loris Kariusu heyətinə qatan “Nyukasl” almaniyalı qolkiperi saxlamağa qərar verib.

Komanda.az xəbər verir ki, tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi.

Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər. Klub məhz həmin bənddən istifadə edərək almaniyalı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”la yanaşı, Türkiyənin “Beşiktaş”, Almaniyanın “Union Berlin” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button