
“Nyukasl”dan 5 illik müqavilə – Rəsmi
Tino Livramento “Sauthempton”dan “Nyukasl”a keçib.
Komanda.az “Nyukasl”ın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanıb.
Daha əvvəl ingilis futbolçunun satışı üçün “Sauthempton”un 32 milyon funt sterlinq aldığı bildirilirdi.
Livramento “Çelsi”nin yetirməsidir. O, 2021-ci ilin yayında “Sauthempton”a keçib. O vaxtdan bəri müdafiəçi “müqəddəslər”in heyətində 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin